Rusiya ordusu Ukraynada daha iki şəhəri ələ keçirib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu məlumatı Rusiya müdafiə naziri Sergey Şoyqu bugünkü müşavirədə açıqlayıb.

O bildirib ki, rus hərbçiləri Donetsk və Luqanskinin böyük və strateji əhəmiyyətli əraziləri ilə yanaşı, Krasnı Liman və Svyatoqorsk şəhərlərini və 15 kəndi nəzarətə götürüb.

Nazir daha sonra Qərbdən Ukraynaya verilən texnikaların bir hissəsinin də məhv edildiyini açıqlayıb: "Təkcə son 10 gündə 12 zirehli döyüş maşını, 21 155 mm-lik haubitsa, 2 reaktiv yaylım atəşi sistemi və 16 PUA olmaqla Ukraynaya veriən ümumilikdə 51 hərb texnika səradan çıxarılıb".

Nazir əlavə edib ki, hazırda Rusiyanın əlində 6489 ukraynalı hərbi əsir var.