Avropa İttifaqı (Aİ) ölkələri Rusiyadan alınan neftin birn hissəsinə sanksiya tətbiqinə razılaşıb.
Mia.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel paylaşım edib.
O bildirib ki, Rusiya neftinin 2/3-nün Aİ ölkələrinə ixracı qadağan olunacaq: "Bu, Rusiyanın döyüş maşını üçün böyük maliyyə itkisi olacaq. Müharibəni bitirmək üçün Rusiyaya maksimum təzyiq edilməlidiri. Biz bunun üçün də “Sberbank”ın SWIFT-dən ayrılmasını da təsdiqlədik".