Türkiyə Milli Müdafiə Nazirliyi 28 May - Müstəqillik Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.

Mia.az xəbər verir ki, bu barədə nazirlik paylaşım edib: “Sən bizimsən, bizimsən durduqca bədəndə can, Yaşa, yaşa, çox yaşa ey şanlı Azərbaycan! Azərbaycan türkü qardaşlarımızın 28 May - Müstəqillik Günü mübarək olsun. “Bir millət, iki dövlət” anlayışı ilə hər zaman bir və bərabər olmağa davam edəcəyik”.