Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Mia.az xəbər verir ki, nazir bu barədə tviter səhifəsində paylaşım edib: “Bir kərə yüksələn bayraq, bir daha enməz! Can Azərbaycanın müstəqillik günü mübarək olsun! Azərbaycanlı qardaşlarımızı salamlayır, müstəqillik yolunda şəhid olan qəhrəmanlarımızı rəhbət və hörmətlə anıram”.