“ABŞ Ermənistan-Azərbaycan ikitərəfli sərhəd komissiyalarının ilk birgə iclasını alqışlayır”.
Mia.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken tviterdıki paylaşımında bildirib.
Paylaşımda daha sonra deyilir: “ABŞ Azərbaycan və Ermənistan arasında Aİ-nin vasitəçiliyi ilə aparılan danışıqları dəstəkləyir və regionda sülhün bərqərar olması üçün davamlı müsbət impuls və ikitərəfli dialoqa çağırır”.