“Son sutkada Rusiya qoşunlarının Donetsk və Luqansk istiqamətində 9 hücumunun qarşısı alınıb",
MİA.AZ xəbər verir ki, bu məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.
Bildirilib ki, döyüş nəticəsindən Rusiyanın 3 tankıı, 8 artilleriya sistemi, 18 zirehli döyüş texnikası vurulub. Eyni zamanda, Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri “Orlan-10” tipli 6 PUA-sını və bir “ZALA” əməliyyat-taktiki PUA aviasiya kompleksini məhv edib: "Rusiya əhəmiyyətli sayda çoxlu sayda canlı qüvvə və texnika itkisi verib. Döyüşləri davam etdirmək üçün Cənub Hərbi Dairəsindən olan ehtiyat qüvvələri onların yerinə cəlb edir".