Azərbaycanda güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə məşğul olanlar 10 il həbs ediləcək.

Mia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalaması ilə mümkün olub.

Dəyişikliklə Cinayət Məcəlləsinin (240-cı maddə: Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) 240.1, 240.2 və 240.3-cü maddələrində nəzərdə tutulmuş əməllər güclü təsir edən maddələrə münasibətdə xüsusilə külli miqdarda törədildikdə altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

***

Azərbaycanda internet vasitəsilə narkotik satanları 5 ildən 12 ilədək həbs cəzası gözləyir.

Mia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalaması ilə mümkün olub.

Dəyişikliklə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.