Bakıda 11-ci sinif şagirdi bıçaqlanıb.

Mia.az xəbər veirr ki, bıçaqlanan məktəbli Nizami rayonu 214 nömrəli məktəbin 11-ci sinif şagirdidir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya faktı təsdiqləyib.

E. Hacıyev bildirib ki, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı müvafiq polis bölməsində araşdırma aparılır.