Rusiya Prezidenti Vladimir Putin bu ilin sonunda, oktyabr-dekabr ayları ərzində Ermənistana dövlət səfəri edəcək.
Mia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənitsanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O bildirib ki, səfər ilin ikinci yarısında – oktyabr-dekabr aylarında baş tutacaq: "Əlbəttə, tarixi hələ razılaşdıracağıq”.