"Son sutkada Donetsk və Luqansk vilayətləri ərazisində Rusiya hərbçilərinin 7 hücumunun qarşısı alınıb".
Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının gündəlik operativ məlumatında bildirilib.
Qeyd olunub ki, bu zaman Rusiyanın 13 tank, 3 artilleriya sistemi, 17 zirehli texnika,4 zirehli döyüş maşını və 18 avtomobil və 4 yanacaqdaşıyan məhv edilib: "Hava hücumundan müdafiə bölmələri sözügedən ərazidə “Orlan-10” tipli üç pilotsuz uçuş aparatını vurub.
Rusiya qüvvələri Nikolayev və Xerson vilayətlərində ələ keçirdikləri əraziləri qorumağa, eyni zamanda, diversiya-kəşfiyyat əməliyyatları aparmağa çalışır. Ukrayna bölmələri tərəfindən düşmənin iki diversiya-kəşfiyyat qrupunun irəliləmə cəhdinin qarşısı alınıb. Heyətin 50 %-ni itirən diversiya-kəşfiyyat qrupu geri çəkilib. Eyni zamanda Xerson vilayətinin inzibati sərhədlərinin yaxınlığında yerləşən Nikolayev vilayətinin 5 yaşayış məntəqəsinə nəzarət bərpa olunub”.