Ukrayna və Gürcüstanın Azərbaycandakı səfirləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
Bu barədə Ukrayna səfiri Vladislav Kanevski "Twitter"də bildirib.
"Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Onun xatirəsini yad edir, o cümlədən Ukrayna ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsinə yönəlmiş fəaliyyətini ehtiramla anırıq!", - ukraynalı diplomat qeyd edib.