Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukraynaya təkrar səfər edib.
Mia.az xəbər verir ki, bu barədə onun özü "Twitter"də paylaşım edib:
"Puşkinin “sən burada Avropanı hiss edə bilərsən” dediyi şəhərdə - Odessada Avropa Gününü qeyd etməyə gəlmişəm. Bu gün bura Ukrayna xalqının öz abidələrini güllə və raketlərdən qoruduğu və Rusiya təcavüzündən azad olduğu yerdir. Siz tək deyilsiniz, Aİ sizinlədir".