Rusiyanın Polşadakı səfiri Varşavada sovet əsgərlərinin məzarlığını ziyərət edərkən hücuma məruz qalıb.
MİA.AZ RİA Novosti-yə istinadla xəbər verir ki, əllərində Ukrayna bayrağı olan bir qrup şəxs tərəfindən səfir Sergey Andreyevin və işçilərinin üzərlərinə qırmızı boya tökülüb.
Hadisəyə münasibət bildirən Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib ki, bu, Qərbin faşizmi təbliği kimi bir şeydir: "Belə təxribatlarla bizi qorxutmaq olmaz. Bu, Avropa sakinləri üçün güzgüdəki öz əksindən qorxulu olmalıdır”.
Rusiya Xarici İşlər Nazirliyi də hadisəni təxribat sayaraq, Polşadan əklilqoyma mərasimini yenidən təşkil etməyi tələb edib.