Ukrayna Prezidenti Vladimir Zelenski 9 Mayla bağlı xalqa müraciət edib.

Mia.az xəbər verir ki, o, hazırda ölkəsinə olan hücumdan söz açaraq, qeyd edib ki, Ukrayna öz azadlığı, xalqının və övladlarıın gələcəyi üçün təcavüzə müqavimət göstərir, cəsarətlə Rusiyaya qarşı savaşır: "8 milyondan artıq ukraynalının həlak olduğu İkinci Dünya müharibəsində əcdadlarımızın etdiklərini heç zaman unutmayacağıq. Tezliklə Ukraynada iki qələbə günü olacaq. Biz indi gələcəyimiz üçün vuruşuruq.  Rusiya-Ukrayna müharibəsi iki fərqli dünyagörüşünün döyüşüdür. Rusiya öz dünyagörüşünün bu gün qələbə ilə bitəcəyini gözləyirdi, amma bu, olmadı, olmnayacaq. Ukrayna gec və ya tez biz qalib gələcək".