"Ukraynadakı xüsusi əməliyyat hədəfinə çatacaq".
Mia.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Qızıl Meydanda keçirilən Qələbə Paradındakı çıxışında deyib.
O bildirib ki, Urayna ordusu açıq şəkildə Rusiyanın tarixi torpaqlarına - Donbas və Krıma hücuma hazırlıq görürmüş: "Eyni zamanda, Kiyevdə nüvə silahının mümkün əldə edilməsini bəyan etmişdilər və NATO bloku bizə bitişik ərazilərin aktiv şəkildə hərbi mənimsənilməsinə başlamışdı. Beləliklə, bizim üçün və birbaşa sərhədlərimizdə tamamilə qəbuledilməz təhlükə yarandı. Təhlükə hər gün artırdı. Biz hərbi infrastrukturun necə inkişaf etdiyini, yüzlərlə xarici müşavirin necə işləməyə başladığını, NATO ölkələrindən mütəmadi olaraq ən müasir silahların çatdırıldığını görürdük. NATO bizə danışıqlar üçün şans buraxmadı. Ona görə Rusiya təcavüzə qabaqlayıcı cavab verib. Bu, məcburi, vaxtında və yeganə düzgün qərar suveren, güclü, müstəqil ölkənin qərarıdır. Hazırda Donbas silahlıları və Rusiya ordusunun əsgərləri əcdadlarının düşməni məğlub etdiyi öz torpaqlarında döyüşürlər".
Putin xüsusi qeyd edib ki, Ukraynada, o cümlədən Donbasdakı xüsusi əməliyyat hədəfinə çatacaq: "Buna kimsənin şübhəsi ollmasın".
Mia.az