Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 25650 hərbçisi öldürülüb: "Rusiyanın bu günədk 1 145 ədəd tankı, 2 764 ədəd zirehli döyüş maşını, 513 ədəd artilleriya sistemi, 185 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 87 hava hücumundan müdafiə sistemi, 199 ədəd hərbi təyyarəsi, 158 ədəd helikopteri, 94 qanadlı raket, 1 970 ədəd nəqliyyat vasitəsi, 12 ədəd gəmi/kateri, 377 ədəd dronu və 41 ədəd xüsusi texnikası məhv edilib.".