Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 25100 hərbçisi öldürülüb: "Rusiyanın bu günədk 1122 tankı, 2713 zirehli döyüş maşını, 509 ədəd artilleriya sistemi, 172 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 84 hava hücumundan müdafiə sistemi, 199 ədəd hərbi təyyarəsi, 155 ədəd helikopteri, 90 qanadlı raket, 1 934 ədəd nəqliyyat vasitəsi, 11 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 341 ədəd dronu və 38 ədəd xüsusi texnikası məhv edilib".