Bakı şəhərinin mərkəzində yerləşən Mərkəzi Nəbatat bağında vaxtı ilə bəzi məsuliyyətsiz şəxslər tərəfindən bir sıra tikililərin inşasına yol verilib. Həmçinin parkda yerləşən ictimai-iaşə obyektlərindən havaya qalxan tüstü və his də ərazidəki ağaclara ziyan verir.
Bakı Şəhər İcra Hakimiyyətindən Mia.az-a bildirilib ki, bu yaxınlarda ölkə başçısı cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqlarına uyğun olaraq Mərkəzi Nəbatət bağının ərazisi üçün hazırlanan unikal layihə əsasinda əsaslı yenidənqurma işləri aparılmasına başlanılacaqdır:
"Bununla əlaqədar olaraq hazırda burada təmizlik işləri aparılır, ərazi qaydaya salınır, qanunsuz tikililər sökülür və qısa zaman ərzində yeni layihəyə uyğun burada sakinlərin asudə vaxtının təşkili üçün şərait yaradılacaq".