Abşeron rayonu Azim Müzəffərov adına Saray qəsəbəsi 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Səkinə Abbasova vəzifəsindən azad edilib.
Məlumata görə, bu barədə Azərbaycan elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Nazirin digər əmri ilə S.Abbasova Xırdalan şəhər 6 nömrəli tam orta məktəbə direktor təyin edilib.
Əvvəllər Xırdalan şəhər 6 nömrəli tam orta məktəbin direktoru olmuş Lamiyə Həsənzadə isə Saray qəsəbəsində yerləşən 2 nömrəli orta məktəbə direktor təyin edilib.
Qeyd edək ki, Səkinə Abbasova Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin müavini Cəbrayılov Fuad Höcətağa oğlunun bacısıdır(“PostMedia”).
MİA.AZ