Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı məlum olub.
Məlumata görə, parlamentin növbəti toplantısı aprelin 13-də baş tutacaq.
İclasda “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” qanunlarda və Əmək Məcəlləsində dəyişikliklər layihəsinin III oxunuşda müzakirəyə çıxarılması, habelə digər dəyişikliklər layihələrinin müzakirəsi gözlənilir.