Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı itkiləri ilə bağlı son məlumat açıqlanıb.
Mia.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, indiyədək Rusiyanın 24900-ə yaxın hərbçisi öldürülüb:
"Bununla yanaşı, Rusiyanın indiyədək1110 tankı, 2 686 zirehli döyüş maşını, 502 artilleriya sistemi, 171 reaktiv yaylım atəşi sistemi, 83 havadan müdafiə sistemi, 199 hərbi təyyarəsi, 155 helikopteri, 1926 avtomobil texnikası və yanacaq çəni, 11 gəmi/kateri, 324 dronu, 38 xüsusi avadanlığı, 90 qanadlı raketi məhv edilib".