Rusiya Ukraynanın daha 24 hərbi obyektinə zərbə endirib.
Mia.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general İqor Konaşenkov bugünkü brifinqdə deyib.
O bildirib ki, bununla yanaşı, Rusiya Luqanskın Preobrajennoe yaşayış məntəqəsi ərazisində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus bir Su-25 və bir MiQ-29 təyyarəsini, dörd "Toçka-U" ballistik raketini havada, Xarkov və Xerson vilayətlərində və Donbass ərazisində Ukraynanın 13 pilotsuz uçuş aparatı məhv edilib: "Ötən gecə ərzində operativ-taktiki, ordu və pilotsuz aviasiyamız Ukraynanın 24 hərbi obyektini vurub. Onların arasında Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 18 ərazi, atəş mövqelərində olan artilleriya batareyası, həmçinin “Donetsk Xalq Respublikası”nın Krasnopolye rayonunda iki raket və artilleriya silahları anbarı var. Rusiya Hava Kosmik Qüvvələrinin yüksək dəqiqlikli hava-bazalı raketləri Ukrayna qoşunları qrupunun Kramatorsk şəhərindəki “Enerqomaşspetsstal” zavodunun ərazisində yerləşən iri silah-sursat anbarını məhv edib. Bundan başqa, Zaporojye vilayətinin Novotavriçeski yaşayış məntəqəsi ərazisində Ukrayna qoşunlarının “Toçka-U” taktiki raket kompleksi, 10 dayaq məntəqəsi, Ukrayna qoşunlarının canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi ərazilər məhv edilib.
Artilleriya bölmələri isə altı idarəetmə məntəqəsini, üç döyüş sursatı anbarını, 187 dayaq məntəqəsini, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi əraziləri, həmçinin Ukraynanın 26 artilleriya batareyasını vurub. Zərbələr nəticəsində 280-ə qədər millətçi və Ukrayna Silahlı Qüvvələrinin 41 hərbi texnikası məhv edilib”.