Nərimanov rayonunda işçi müdiri tərəfindən döyüldüyünü iddia edərək bununla bağlı polisə müraciət edib.

Hadisə rayon ərazisindəki “Soliton” mağazasında baş verib.

1988-ci il təvəllüdlü S.H. şirkətin şöbə müdiri, Türkiyə vətəndaşı olan B.Cemil tərəfindən fiziki şiddətə məruz qaldığını bildirib.

Müraciətlə bağlı araşdırmalar aparılır/Qafqazinfo