"Rusiya fevralın 24-dək olan sərhədlərə qayıtmalı və işğal altındakı Krımı qaytarmalıdır".

Mia.az xəbər verir ki, bu  sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, bundan sonra Rusiya ilə sülh danışıqları daha etibarlı təmin oluna bilər: "İndiki məqamda isə sülh danışıqlarının uğurlu olacağına inam yoxdur. Bizim danışıqlar qruplarımız qarşılıqlı fəaliyyət göstərir. Onlar liderlərin görüşünə hazırlığı müzakirə edirlər. Açığı, mən, bu cür danışıqlara o qədər də etibar etmirəm".