Ukrayna ordusu Xarkov şəhərinin ətrafında yerləşən daha bir qəsəbəni rus qoşunlarından azad edib.

Mia.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu məlumatı Daxili işlər nazirinin müşaviri Anton Geraşenko açıqlayıb.

O bildirib ki, Xarkov vilayətinə bağlı olan Molodovı qəsəbəsi artıq tam şəkildə Ukrayna ordusunun nəzarətindədir.