"Rusiya ordusu 9 mayadək Ukraynada müharibəni bitirmək niyyətində deyil".

Mia.az xəbər verir ki, bu sözləri Rusiya XİN başçısı Sergey Lavrov İtaliya mediasına müsahibəsində deyib.

O bildirib ki, Rusiya üçün əsas məsələ minimum itki ilə əməliyyatları hədəfə çatdırmaqdır: "Bunun üçün də tarix vacib deyil".

Lavrov daha sonra Zelenski iqtidarını sülh danışıqlarını pozmaqda ittiham edib.

Ukrayna Baş Kəşfiyyat İdarəsi də may ayının 9-na qədər Rusiyanın qələbəsini elan edəcəyi bardə iddiaları yalanlayıb.

Kəşfiyyat bildirib ki, müharibə bu ilin sentyabrınadək davam edəcək.

Xatırladaq ki, Rusiyanın may ayının 9-da savaşı bitirəcəyi barədə xəbərlər yayılır. Həttar Roma Papası da Macarıstanın baş nazirinin ona Putin müharibəni mayın 9-da bitirməyi planladığını dediyini dilə gətirib.

Mia.az