Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları böyüyür.
Mia.az Ermənistan mediasına istinadla xəbər verir ki, paralel olaraq, həbslər də davam edir.
Məlumata görə, bu gün səhərdən həbs olunanların sayı 200-ə çatıb.
Bu arada bəlli olub ki, səhər saxlanılan keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan sərbəst buraxılıb.
Bu səhər saatlarında paytaxtın 20 müxtəlif yerlərindən yürüşə başlayan etirazçılar Paşinyanın iqamətgahının önünə toplanıblar.
***
Ermənistanda Paşinyan iqtidarına qarşı aksiyalar davam edir.
Mia.az Ermənistan mətbuatına istinadla xəbnər verir ki, paytaxt İrəvanın 20 ayrı-ayrı ərazilərdə başlayan bugünkü yürüşdə Paşinyanı satqınlıqda ittiham edən etirazçılardan daha 70 nəfəri saxlanılıb.
Məlumata görə, saxlanılanların arasında sabiq prezident Robert Köçəryanın oğlu Levon Köçəryandır.
Xatırladaq ki, dünənki etiazlarda 250-dən çox aksiyaçı saxlanılıb. Onların arasında isə Ermənistanın sabiq prezidenti Serj Sərksiyanın lideri olduğu Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan da var.
Ölkənin Təhülkəsizlik Xidməti isə Ermənistanda iğtişaş təhlükəsi ilə bağlı xəbərdarlıq edib.