Bu gün “Bayraktar TB-2” PUA-sı Ukraynanın İlan adası yaxınlığında Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus 2 “Raptor” tipli kateri sıradan çıxarıb.
Mia.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı bu əməliyyatın görüntülərini "Feysbuk"da paylaşıb: "“Bayraktar” iş başındadır”.