İrəvanda keçirilən etiraz aksiyasında saxlanılanların sayı 244-ə çatıb.

Mia.az “Sputnik Armenia”ya istinadən bildirir ki, bu barədə hüquq-mühafizə orqanının mətbuat xidmətindən bildirilib.

****

Ermənistan polisi müxalifətin elan etdiyi vətəndaş itaətsizliyi aksiyası çərçivəsində İrəvanın mərkəzində küçələri bağlamış nümayişçilərin bir qrupunu həbs edib.

“İnterfaks” xəbər verir ki, indiyədək polisin qanuni tələblərinə tabe olmayan 189 nəfər axlanılıb

Xatırladaq ki, dünən İrəvanın mərkəzində yerləşən Fransa meydanında toplaşmış müxalifətçilər gecə-gündüz etiraz aksiyası keçirmək üçün çadırlar qurublar/Report.

Məlumata görə, saxlanılanlar arasında Ermənistanın sabiq prezidenti Serj Sərksiyanın lideri olduğu Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan da var.

Mia.az