Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı itkiləri ilə bağlı son məlumat açıqlanıb.
Mia.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, indiyədək Rusiyanın 23800-ə yaxın hərbçisi öldürülüb:
"Bununla yanaşı, Rusiyanın 1048 ədəd tankı, 2 519 ədəd zirehli döyüş maşını, 459 ədəd artilleriya sistemi, 152 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 80 hava hücumundan müdafiə sistemi, 194 ədəd hərbi təyyarəsi, 155 ədəd helikopteri, 1 824 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 271 ədəd dronu, 38 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib".