Rusiya Prezidenti Vladimir Putinin səhhəti ilə bağlı bağlı yayılan xəbərlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov maraqlı reaksiya verib.
Mia.az Rusiya mediasına istinadla xəbər verir ki, o, bu barədə İtaliyanın “Mediaset” teleşirkətinə müsahibəsində müxbirin sualını cavablandırıb.
Lavrov yayılan xəbərlərin fərziyyə olduğunu deyərək, Putinin səhhətinin necəliyinin onuna son vaxtlar görüşən ölkə liderlərindən soruşmağı məsləhət görüb: “Bu yaxınlarda Vladimir Putinlə görüşən, danışıqlar aparan ölkə liderlərdən, hətta BMT-nin baş katibi Antonio Quterreşdən bu barədə soruşun. Düşünürəm ki, nə demək istədiyimi anladınız".
Xatırladaq ki, Qərb mətbuatında Putinin tezlklə əməliyyata girəcəyi və bu səbəbdən səlahiyyətlərinin müvəqqəti olaraq Təhlükəsizlik Şurasının rəhbərinə ötürəcəyi barədə xəbərlər yayılıb.
Mia.az