Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin mayın 3-də Vyanada keçiriləcək görüşü barədə maraqlı açıqlama verib.
Mia.az xəbər verir ki. o, açıqlamasında Türkiyə ilə Ermənistan arasındakı sərhədin yenidən müəyyən olunacağını deyib: “Sərhəd xəttinin yenidən müəyyən edilməsilə bağlı razılaşma var idi. Bu, necə olacaq? Məsələn, birgə komissiya yaradılacaqmı? Onlar Azərbaycanla birgə komissiya yaratmaq qərarına gəliblər".