Ukrayna daxili işlər nazirinin müşaviri Viktor Andrusiv bildirib ki, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-leytenant Valeri Gerasimov ötən sutka Ukraynanın İyum şəhərində olan zaman ərazi artilleriya atəşinə məruz qoyulsa da, onun yaralanmasına dair məlumat mövcud deyil.

***

Rusiya Federasiyası Silahlı Qüvvələrinin baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov Ukrayna ərazisində, Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında yaralanıb.

UNİAN xəbər verir ki, bu barədə hərbi jurnalist və bloger Aleksandr Şulman bildirib.

O bildirib ki, 66 yaşlı Gerasimov sağ ayağından sümük sınığı olmayan qəlpə yarası alıb. Onun həyati üçün təhlükə yoxdur. Ordu generalı Gerasimov və digər zabitlər Ukrayna Silahlı Qüvvələrinin dəqiq zərbə endirdiyi komanda məntəqəsində olublar. İlkin məlumata görə, hücum zamanı 20 zabit həlak olub/Report.

“Vertical” teleqram kanalının məlumatına görə isə, baş qərargah rəisi Gerasimov Rusiya ordusunun böyük itkilər verdiyi İzyumu tərk etməyə çalışır, onların təchizatı dayandırılıb.

“RBC-Ukraina” isə Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Qeraşenkoya istinadən xəbər verib ki, bu gün İzyumda partlayış baş verib. Hadisə İzyum istiqamətində hücuma şəxsən komandanlıq etmək üçün bu yaxınlarda bölgəyə gələn Rusiya Silahlı Qüvvələrinin ordu generalının qərargahının yerləşdiyi yerdə qeydə alınıb.

Ukrana MN isə bu gün Xarkov yaxınlğında Rusiyanın hava-desant bölmələrinə ağır zərbələr vurulduğunu açıqlayıb. Bildirilib ki, nəticədə  bir rus generalı və 300-dək rus hərbçisi öldürülüb.

Rusiya MN isə həm Gerasimov, həm də bu hücumla bağlı yayılan xəbərlərə reaksiya verməyib.

Mia.az