Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə aparılan danışıqların tamamilə dayana biləcəyini bəyan edib.
Mia.az xəbər verir ki, bu barədə o, Polşa TV-lərinə müsahibəsində deyib.
Zelenski bildirib ki, Rusiya ordusunun Ukraynanın şəhərlərinin hər keçən saat daha da məhv etməsinin dialoqun yolunu tam kəsir: "Biz danışıqları tam dayandıra bilərik. Söz yox ki, biz hələ də Rusiyada yeganə qərarvermə haqqı olan Putinlə görüşə, danışığa hazırıq. Bunu xalqım üçün etməyə hazıram. Ancaq görünən odur ki, ölkəmizi hər keçən gün daha ağır formada dağıdan Putinlə dialoqu davam etdirmək mümkün deyil"".
Ukrayna lideri İndoneziyada keçiriləcək G20 toplantısına dəvət olunması və orada Putinlə görüş məsələsinə isə belə cavab verib: "Mən bu dəvətə görə İndoneziya prezidentinə təşəkkür edirəm".
Zelenski Rusiyanın Donbas və Xarkov da yaşayışı iflic etdiyini, evləri xarabaya döndərdiyini diqqətə çatdırıb:
Yeri gəlmişkən, Putinin G20-yə dəvət olunmasına ABŞ çox sərt təpki verib.
Ağ Ev Ukraynaya hücum edən, bir ölkəni və xalqını məhv edən Putinin belə mötəbər görüşə dəvətini qəbuledilməz sayıb.
Putinin sözçüsü Dmitri peskov isə Putinin G20 toplantısına qatılıb-qatılmayacağının hələ bəlli olmadığını deyib.
Rusiya XİN başçısı Lavrov isə ABŞ və Britaniyanı Ukrayna ilə danışıqları pozmaqda ittiham edib.
Bu arada isə Ukrayna ordusu xarkov və Donbas bölgəsində rus ağır texnikaların məhv edilmə görüntülərini yayıb.
Rusiya isə az əvvəl Ukraynanın Odessa hava limanına və daha bir neçə obyektə raket zərbələri endirib.
Mia.az