Ötən sutkada Ukrayna hərbçiləri Rusiya Silahlı Qüvvələrinin 10 hava hədəfini məhv ediblər: 1 döyüş təyyarəsi, 9 “Orlan” PUA.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, eyni dövr ərzində işğalçı qüvvələrin 11 tank, 7 artileriya sistemi, 28 zirehli texnikası və 14 avtomobili zərərsizləşdirilib: "Donetsk və Luqanskdə isə Rusiyanın 14 hücumunun qarşısı alınıb"