"Rusiya yüksək dəqiqlikli uzaqmənzilli hava bazalı raketlərlə Kiyevdə “Artem” raket və kosmik sənaye müəssisəsinin istehsalat binalarını məhv edib".
Mia.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general İqor Konaşenkov bugünkü brifinqdə deyib.
O bildirib ki, son sutkada Rusiya aviasiyası isə Ukraynanın 112 hərbi obyektini səradan çıxarıb: "Onların arasında iki komanda məntəqəsi, 11 dayaq məntəqəsi, 95 canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi ərazi, həmçinin Pokrovskoe və Qoroxovskoe yaşayış məntəqələrində dörd raket və artilleriya silahı anbarı olub. Bundan əlavə, Nikolaev vilayətinin Qoroxovskiy yaşayış məntəqəsi ərazisində Ukraynanın “Toçka-U” raket kompleksinin döyüş heyəti ilə birlikdə buraxılış qurğusu vurulub. Eyni zamanda, canlı qüvvənin cəmləşdiyi altı ərazi, həmçinin Ukrayna Silahlı Qüvvələrinin üç artilleriya batareyası və reaktiv yaylım atəşi sistemlərinin bir diviziyası məhv edilib.
Artilleriya bölmələrimiz isə ötən gecə ərzində 975 atəş tapşırığı yerinə yetirib. Nəticədə 21 komanda məntəqəsi, 69 dayaq məntəqəsi, 763 canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi ərazi, həmçinin 107 artilleriya mövqeyi, 280-dən çox millətçi və 38 zirehli texnika və avtomobil məhv olunub.
Rusiya hava hücumundan müdafiə sistemləri isə ötən gecə ərzində Ukraynanın 13 pilotsuz uçuş aparatını, həmçinin, Kamenka yaşayış məntəqəsi ərazisində “Smerç” reaktiv yaylım atəşi sistemindən buraxılan raketi vurub”.