Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı itkiləri ilə bağlı son məlumat açıqlanıb.

Mia.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, indiyədək Rusiyanın 23 min hərbçisi öldürülüb: 

 "Bununla yanaşı, Rusiyanın 986 ədəd tankı, 2 418 ədəd zirehli döyüş maşını, 435 ədəd artilleriya sistemi, 151 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 73 hava hücumundan müdafiə sistemi, 189 ədəd hərbi təyyarəsi, 155 ədəd helikopteri, 1695 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 229 ədəd dronu, 31 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib".