Yasamal Rayon Polis İdarəsində yeni təyinat olub.

Mia.az Qafqazinfo-ya istinadla xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daxili işlər naziri Vilayət Eyvazovun imzaladığı əmrlə Yasamal RPİ-nin İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həsrət Aslanov təqaüdə göndərilib.

Bu vəzifəyə Yasamal RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Vüqar Məcidov təyin edilib.

Qeyd edək ki, Həsrət Aslanov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.