Goranboyda zəlzələ olub.
Mia.az Respublika Seysmoloji Xidmət Mərkəzinə isitnadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 22:22-də Gəncə stansiyasından 40 km cənub-şərqdə Goranboy rayonunda qeydə alınıb.
Təbii hadisə 3 maqnitudada baş verib, zəlzələ ocağı 17 km dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.