Bu gün az əvvəl Rusiya aviasiyası Ukraynanın paytaxtı Kiyevi bombalayıb.

Mia.az NTV-yə istinadla xəbər verir ki, zərbə yaşayış binasına endirilib.

Nəticədə binada güclü yanğın başalyıb.

Məlumata görə, 6 yaralı var.

Bundan əlavə, Rusiya ordusu Kiyev vilayətinin Fastov şəhərinə qanadlı raketlərlə 3 zərbə endirib.

Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko məlumat yayıb.