Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefonda danışıb.

Mia.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin mətbuat xidmətindən bildirilib.

Qeyd ounub ki, tərəflər dünən ABŞ və Rusiya arasında Türkiyədə həyata keçirilən məhbus dəyişimi ilə yanaşı, Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Ərdoğan Putinə İstanbulda Ukrayna tərəfi ilə Rusiyanın keçirdiyi görüşü xatırladaraq "sülhü təmin etmək üçün hər şeyə hazırıq" deyib.

Putin ona sülh üçün çalışmasına görə təşəkkür edib.