Səhiyyə naziri Teymur Musayev uşaqlar arasında yayılan mənşəyi məlum olmayan hepatit virusunun yayılmasına münasibət bildirib.
Nazir deyib ki, hazırda Azərbaycanda bununla bağlı hər hansı bir narahatlı yoxdur:
“Bununla bağlı ölkəmizdə narahatlığa da səbəb yoxdur. Düzdür, 12 ölkədə həmin virus uşaqlar arasında yayılıb. Say o qədər də yüksək deyil. Mənşəyi də tam bəlli deyil. Bu günə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı qeydə alınmayıb. Ölkəmizdə hepatit xəstəliklərinin sıçrayışı müşahidə olunmur”, - nazir vurğulayıb.