"Lukanskdə Ukraynaya məxsus Su-24 təyyarəsi və Xarkov vilayətində İzyum səmasında “Toçka-U” raketini vurulub".
Mia.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general İqor Konaşenkov bugünkü brifinqdə deyib.
O bildirib ki, ötən gecə ümumilikdə Ukraynanın 408 hərbi obyekti sıradan çıxarılıb: "Nəticədə 18 komanda məntəqəsi, canlı qüvvənin və hərbi texnikanın cəmləşdiyi 383 ərazi vurulub.
Bununla da əməliyyatı başlayandan indiyədək Ukrayna tərəfinin 142 təyyarə, 111 helikopter, 614 pilotsuz uçuş aparatı, 276 zenit-raket kompleksi, 2623 tank və digər zirehli döyüş texnikası, 299 reaktiv yaylım atəşi sistemi, 1146 səhra artilleriya qurğusu və minaatan , o cümlədən 2431 ədəd xüsusi təyinatlı hərbi maşını məhv edilib”.