Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı itkiləri ilə bağlı son məlumat açıqlanıb.
Mia.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, indiyədək Rusiyanın 22800-ə yaxın hərbçisi öldürülüb: "Bununla yanaşı, Rusiyanın 970 ədəd tankı, 2 389 ədəd zirehli döyüş maşını, 431 ədəd artilleriya sistemi, 151 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 72 hava hücumundan müdafiə sistemi, 187 ədəd hərbi təyyarəsi, 155 ədəd helikopteri, 1 688 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 215 ədəd dronu, 31 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib".