"Donetsk və Luqansk vilaylətlərində Rusiyanın 6 hücumunun qarşısını alınıb, 5 tankı, bir artilleriya sistemi, 22 zirehli texnikası, bir avtomobili və bir zenit qurğusu məhv edilib".

Mia.az xəbər verir ki, bu, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının cəbhədəki vəziyyətlə bağlı son  məlumatında bildirilib.

Qeyd olunub ki, Rusiya Krıma quru yolu ilə Donetsk və Luqansk vilayətlərinə tam nəzarəti ələ keçirmək üşün "Şərq əməliyyat zonası"ndan hücumu davam etdirir: "Son sutkada Ukraynanın Hərbi Hava Qüvvələri və Quru qoşunları Rusiyanın 8 hava hədəfini – bir təyyarəsini, bir qanadlı raketini və 6 əməliyyat-taktiki PUA-sını məhv edib".