Ukraynada daha bir soydaşımız ərazi bütövlüyü uğrunda şəhid olub.

Mia.az xəbər verir ki, bu məlumatı Odessada yaşayan azərbaycanlı jurnalist Anar Natiqoğlu paylaşıb.

O bildirib ki, İllərdir Ukraynada yaşayan 39 yaşlı Fuad Fərhad oğlu Məmmədov Donetsk vilayəti Konstantinovka uğrunda döyüşlərdə həlak olub:

"Fuad bəyin atası istefada olan hərbi həkimdir. Şəhidimiz həm də çoxlarımızın birinci Qarabağ savaşından tanıdığı hərbi jurnalist, dəyərli dostumuz Aghasi Hun Mammadli bəyin qardaşı oğludur. Başımız sağ olsun. Tanrı ruhunu şad etsin".

Jurnalist onu da bildirib ki, Fuad Məmmədovun kiçik qardaşı Rasim də hal-hazırda Ukraynada doyüşür.

Mia.az