BMT baş katibi Antoniu Quterreş Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak açıqlama verib.

O bildirib ki, hazırda onlar arasında görüş keçirilir: "Düşünürəm ki, biz BMT rəhbərindən Ukraynaya güclü dəstək alacağıq".