Baş Prokurorluqda daha bir təyinat olub.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən, Rövşən Abdullayev Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinə yeni rəis təyin olunub.
Digər əmrə əsasən, Baş prokurorun böyük köməkçisi Tural Aslanov tutduğu vəzifədən azad olunaraq Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi təyin edilib.