Rusiya aviasiyası ötən gecə ərzində Ukraynanın 59 hərbi obyektini vurub".

Mia.az xəbır verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general İqor Konaşenkov bugünkü brifinqdə açıqlayıb.

O bildirib ki, bombardman nəticəsində , Ukraynanın 120-dən çox hərbçisi öldürülüb: "Bununla yanaşı, Ukrayna hərbi texnikasının cəmləşdiyi 50 ərazi, Çervonoe, Dolqenkoe, Paşkovo və Vesele yaşayış məntəqələrində dörd silah və sursat anbarı, həmçinin Slavyansk ərazisində "Buk-M1" zenit-raket kompleksi, 35 zirehli texnika və avtomobil, həmçinin Oleksandrivka, Balakleya, Bryanka, Zaporojye, İzyum, Kapitolovka, Peremoqa, Petrovka, Popasnoye, Proletarskoye, Trudolyubovka yaşayış məntəqələrində Ukraynaya məxsus 18 pilotsuz uçuş aparatı vurulub".