Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı itkiləri ilə bağlı son məlumat açıqlanıb.
Mia.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, indiyədək Rusiyanın 22400-ə yaxın hərbçisi öldürülüb: "Bununla yanaşı, 939 ədəd tankı, 2 342 ədəd zirehli döyüş maşını, 421 ədəd artilleriya sistemi, 149 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 71 hava hücumundan müdafiə sistemi, 185 ədəd hərbi təyyarəsi, 154 ədəd helikopteri, 1 666 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 207 ədəd dronu, 31 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib".